40 yaşlı kişi su kanalında boğularaq öldü

3 Fevral 2025 08:45

Sabirabad sakini su kanalında boğularaq ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Kovlar kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Fərzəliyev Elçin Fərzalı oğlu su kanalına düşərək boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, o, sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az