Netanyahu ABŞ-dədir

3 Fevral 2025 08:53

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona gedib.

"Qafqazinfo" xəbər verir ki, o, uçuşdan əvvəl verdiyi açıqlamada yeni administrasiya ilə əməkdaşlığın Yaxın Şərqin siyasi xəritəsini dəyişdirə biləcəyini bildirib.

Netanyahu Vaşinqtondakı görüşlərinin İsrail və region üçün kritik məsələlərə fokuslanacağını vurğulayıb:

O, İranın təsir dairəsinin İsrailin, Yaxın Şərqin və bütün dünyanın sülhünə təhdid yaratdığını qeyd edib.

Netanyahu təyyarəyə minmədən əvvəl ingilis dilində etdiyi çıxışında Trampın inauqurasiyasından sonra Ağ Evdə görüşəcəyi ilk xarici lider olmasının İsrail-ABŞ ittifaqının gücünü göstərdiyini bildirib:

"Bu, İsrail-Amerika ittifaqının gücünə sübutdur. Eyni zamanda, bizim şəxsi dostluğumuzun da bir göstəricisidir."

Çərşənbə axşamı Ağ Evdə keçiriləcək görüş Trampın vəzifəyə qayıtdıqdan sonra xarici liderlə ilk görüşü olacaq.

Lalə Qüdrətova
Milli.Az