Bakıda ağır qəza - xəsarət alanlar var - FOTO

3 Fevral 2025 07:48

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Yəhya Hüseynov küçəsində "Kia" markalı nəqliyyat vasitəsinin sürücüsü və "Ford" markalı maşının sürücüsü arasında anlaşmazlıq baş verib.

Surətlə hərkətdə olan nəqliyyat vasitələri kəsişmədə toqquşub. Qəza nəticəsində hər iki avtomobildə olan iki sərnişin ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Avtomobillər deformasiyaya uğrayıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. /APA

Milli.Az