Yerin atmosferi özünü təmizləməyə başlayıb

2 Fevral 2025 21:35

Yeni Zelandiyanın Milli Su və Atmosfer Tədqiqatları İnstitutundan bir qrup alimin araşdırması nəticəsində məlum olub ki, Yerin atmosferi tərkibindən müxtəlif çirkləndiriciləri daha effektiv şəkildə çıxarmağa başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, son 33 ildə aparılan araşdırmanın nəticəsi göstərib ki, Cənub yarımkürəsində atmosferin özünü təmizləmə qabiliyyəti əhəmiyyətli dərəcədə artıb.

Yeni Zelandiyada 14CO konsentrasiyası hər il 12%, Antarktidada isə yay aylarında 43% azalıb. Bu da öz növbəsində atmosferin oksidləşmə qabiliyyətinin artdığını göstərir.

Milli.Az