Müsabiqə yolu ilə işə götürülən müəllimlərin sayı açıqlandı

2 Fevral 2025 20:51

2024-2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində ümumilikdə 6 211 müəllim işə qəbul olunub.

Milli.Az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.

Qeyd edilib ki, 2024-2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 3 212 gənc müəllim müddətsiz qəbul olunub.

Eyni zamanda, 2 999 gənc müəllim isə müddətli müqavilə ilə ümumi təhsil müəssisələrinə işə qəbul edilib.

Milli.Az