Harri Keyn Bundesliqada ilkə imza atdı

2 Fevral 2025 19:58

Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn Bundesliqada yeni rekorda imza atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu buna XX turda "Holştayn"a qalib gəldikləri (4:3) matçda nail olub.

Bundesliqadakı 50-ci matçını keçirən ingiltərəli forvard qollarının sayını 55-ə çatdırmaqla ilkə imza atıb.

Qeyd edək ki, əvvəlki rekord Dortmund "Borussiya"sının sabiq futbolçusu Erlinq Holanna məxsus idi. Norveçli oyunçu 50 qola 50-ci matçda çatmışdı.

Milli.Az