Türkiyə ordusu 23 terrorçunu zərərsizləşdirdi

2 Fevral 2025 14:59

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının 23 üzvü öldürülüb.

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək. /Report

Milli.Az