Xəzərdə zəlzələ oldu

2 Fevral 2025 14:37

Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ olub.

Bu barədə Milli.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır", - məlumatda qeyd olunub.

Bakı vaxtı ilə 13:50 qeydə alınmış yeraltı təkanların ocağı 60 km dərinlikdə yerləşib.

Milli.Az