Rusiyanın sosial şəbəkələri üsyana başladı - YENİLƏNİB
11 İyul 2012 12:58
12:58
Milli.Az bildirir ki, bir gün əvvəl Wikipedia ensiklopediyasının rus
dilində olan səhifəsi də İnternetdə senzura qoyulmasına etiraz əlaməti
olaraq fəaliyyətini bir günlük dayandırmışdı.
"Uşaqların
sağlamlığına və inkişafına mənfi təsir edən informasiyalardan qorunması
haqqında" Rusiya Federasiyasının qanununda dəyişikliklər edilməsi barədə
qanun layihəsi Dövlət Dumasında müzakirə olunur. Bu dəyişiliklərə
əsasən, qanunazidd saytların "qara siyahı"sının hazırlanması nəzərdə
tutulur. Qanun layihəsi Rusiya Dövlət Dumasının iyulun 6-da keçirilən
iclasında birinci oxunuşda qəbul olunub. Bu gün isə onun ikinci oxunuşda
səsverməyə çıxarılması gözlənilir.
---------
10:01
"ВКонтакте" sosial şəbəkəsi, Livejournal bloqu Wikipedia-nın senzura əleyhinə keçirdiyi aksiyaya qoşulub.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu saytlarda İnternetdə senzuraya qarşı bannerlər qoyulub.
"Yedinaya Rossiya" partiyası "İnformasiya haqqında" qanunda dəyişikliklər edilməsi təklifi ilə çıxış edib.
Milli.Az