Azərbaycandan Pakistana 2 milyard dollarlıq sərmayə

2 Fevral 2025 14:27

Azərbaycan və Pakistan milyardlarla dollarlıq sazişlər imzalayacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Pakistanın "Dawn" qəzeti yazıb.

Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Müvafiq investisiya sazişləri Pakistanın Baş naziri Şahbaz Şərifin ayın sonunda Bakıya gözlənilən səfəri zamanı imzalanacaq.

Hazırda Bakıda Pakistan nümayəndə heyətinə rəhbərlik edən özəlləşdirmə, investisiya və rabitə naziri Abdul Alim Xan bildirib ki, Baş nazir Şahbaz bu ay Mərkəzi Asiya ölkələrinə səfər edəcək və Pakistanda investisiya qoyuluşu üçün Azərbaycanla 2 milyard dollar dəyərində sazişlər imzalanacaq.

Qəzet qeyd edib ki, əsas investisiya istiqamətlərinə neft və qaz kəşfiyyatı, bərpaolunan enerji və enerji səmərəliliyinin inkişafı daxildir.

Milli.Az