Türkiyədə güclü zəlzələ oldu

2 Fevral 2025 13:15

Egey dənizində Türkiyə vaxtı ilə saat 10:22-də 4,7 bal gücündə zəlzələ olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlarla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ ölkənin Muğla vilayətinin Bodrum rayonundan 171,26 kilometr məsafədə meydana gəlib. Yeraltı təkanların ocağı dənizin 6,64 kilometr dərinliyindədir.

Qeyd edək ki, dünən bir neçə saat ərzində Egey dənizində ən şiddətlisi 4,4 bal gücündə bir neçə təkan qeydə alınıb.

Milli.Az