USAID-in veb saytı BAĞLANDI - FOTO

2 Fevral 2025 11:33

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) veb saytı heç bir açıqlama verilmədən fəaliyyətini dayandırıb.

Milli.Az bildirir ki, bu arada USAID-də minlərlə işçinin məzuniyyətə çıxması, ixtisara düşməsi və proqramların dayandırılması prosesi davam edir.

Bütün bunlar kprezident Donald Trampın ABŞ-ın maliyyələşdirdiyi xarici yardım və inkişaf proqramlarını dondurması fonunda baş verir.

Konqresdəki demokratlar Trampın USAID-i müstəqil agentlik kimi ləğv edib, onu Dövlət Departamentinin tərkibinə daxil etməyə çalışdığından narahat olduqlarını bildiriblər. /Musavat.com

Milli.Az