Niyə tez-tez xəstələnirik?

2 Fevral 2025 13:45

(Təsir mexanizmi: Beta qlükan bağırsağın selikaltı qatında makrofaqların spesifik reseptorları ilə birləşir, onları aktivləşdirir. Aktivləşmiş makrofaqlar limfositləri aktivləşdirir. Faqositozun aktivləşməsi sitokinlərin (interleykin, interferon) sintezinə səbəb olur. Sitokinlərin sintez olması immun sistemin digər hüceyrələri T-, B-limfositlər üçün siqnaldır. C vitamini (askorbin turşusu) - Endogen interferon sintezində iştirak edir, faqositozu stimulə edir, antitel sintezini artırır. Sink virusun yayılması prosesini dayandırır).

Qışın özü ilə bərabər gətirdiyi qayğılardan biri də səhhətimizdə yaranan problemlərdir. Soyuq havaların gəlişi ilə insanların bəziləri daha həssas olurlar və tez xəstələnirlər, kəskin respirator virus infeksiyalarına yoluxurlar.

Hər il soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur.

İnsanların immun sistemləri arasındakı fərqlərin 60-80%-ni həyat tərzi və ətraf mühit, qalan 20-40%-ni isə genetika təşkil edir.

Uşaqlarda kəskin respirator virus infeksiyalararına yoluxma ehtimalının yüksək olmasının bir sıra səbəbləri mövcuddur:

Uşağın immunitetinin zəifləməsi əlamətləri:

İnsan yaşlandıqca timus vəzinin fəaliyyəti azalır, bu da orqanizmə infeksiyalarla mübarizə aparmağa kömək edən immun sisteminin T hüceyrələrinin istehsalının azalmasına səbəb olur. Bu ona gətirib çıxarır ki, qocalıqda insanlar gəncliklərinə nisbətən daha tez-tez xəstələnirlər.

Kəskin respirator virus infeksiyasının əlamətləri hərarətin yüksəlməsi, halsızlıq, əzələ, oynaq ağrıları, yuxusuzluq, öskürək, boğaz ağrısı, burun tutulması və ya burun axması da ola bilər. Əgər virus mədə-bağırsaq sistemini də zədələyirsə, bu zaman qusma, ishal, qarında ağrı kimi əlamətlər ola bilər. Adətən KRVİ başladığı vaxtdan 7-10 gün müddət ərzində keçib gedir.

İmmunoterapiyaya təlabat ən çox hansı hallarda yaranır?

Uşağın immunitetinin möhkəmləndirilməsi yolları:

İstər uşaqlarda, istərsədə böyüklərdə immun sistemə dəstək məqsədilə müxtəlif tərkibli preparatlardan istifadə edilir. Ən əsası isə hər bir konkret situasiyada preparaların düzgün seçimidir. 

MEGAGLUKAN kids və MEGAGLUKAN synbio preparatlarının immun sistemə "sehirli toxunuşu" orqanizmin mövsümü soyuqdəymə xəstəliklərinə davamlığını artıracaq, infeksiyanın bütün orqanizmə yaylmasının qarşısını alacaq, kəskin yoluxucu xəstəliklər zamanı sağalmanı sürətləndiəcək.

"İmmunitet bağırsaqda yaşayır" ifadəsini yəqin çoxlarınız eşitmisiz. Bağırsaqlarımız təkcə həzm prosesində iştirak etmir. Bağırsaqlarımız həmçinin "yaxşı mikroblar" dediyimiz mikroorqanizmlərin rezervuarıdır. MEGAGLUKAN synbio preparatının tərkibində olan "yaxşı mikroblar" - Probisis (Bacillus subtilis) hesabına sağlam bağırsaq, güclü immunitetə sahib ola bilərik.

MEGAGLUKAN kids və MEGAGLUKAN synbio preparatlarının həm də antioksidant təsirləri var - çirlənmiş ekologiya, keyfiyyətsiz qidalar, xroniki xəstəliklərin olduğu müasir dünyamızda antioksidantlara çox ehtiyac var.

Lakin istənilən halda müalicə taktikası və preparatın təyinatı həkim tərəfindən olmalıdır.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.