Həbsdən qorxub müharibəyə getdi, öldürüldü

2 Fevral 2025 11:12

Rusiyalı müxalif bloger Mixail Alferov Ukrayna müharibəsində həlak olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Şot" (Shot) Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Alferov 2024-cü ilin aprelində ekstremizm ittihamı ilə məsuliyyətə cəlb edilib, istintaqdan və həbsdən canını qurtarmaq üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur olub.

Alferovun meyiti Kemerovaya aparılıb.

Milli.Az