Marko Asensio məşhur ingilis klubunda!

2 Fevral 2025 12:30

PSJ-nin 29 yaşlı vingeri Marko Asensio Fransa klubundan İngiltərənin "Aston Villa" komandasına keçir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist və insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat verib.

Məlumata görə, PSJ və "Aston Villa" 6 aylıq icarə ilə bağlı tam razılığa gəliblər. Qeyd olunur ki, ispaniyalı futbolçu tibbi müayinədən keçmək üçün bu gün, fevralın 2-də İngiltərəyə uçacaq.

Xatırdaq ki, Asensio PSJ ilə 2023-cü ilin yayında müqavilə imzalayıb. Bu mövsüm hücumçu bütün turnirlərdə 16 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Milli.Az