SEPAH 3-cü yeraltı raket bazası ilə göz dağı verdi

2 Fevral 2025 11:26

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması strateji cənub sularında esminesləri vurmaq üçün nəzərdə tutulmuş qanadlı raketlərin yerləşdiyi yeni yeraltı bazasını nümayiş etdirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, SEPAH-ın baş komandanı general-mayor Hüseyn Salami ötən gün İranın cənub sahilindəki "raket şəhəri"nə səfər edib. Səfər zamanı Salami yeni obyektdə SEPAH Hərbi Dəniz Qüvvələrinin raket bölmələrinin döyüş hazırlığını yoxlayıb.

Yeraltı bazada yerləşən təkmilləşdirilmiş raketlər həmçinin elektron döyüş texnikası ilə təchiz edilib və ən qısa müddətdə istifadəyə verilə bilər.

Bildirilib ki, bu, 1 ay ərzində istifadəyə verilən üçüncü raket bazasıdır.

Milli.Az