“CBC Sport” ÜZR istədi - FOTOlar

2 Fevral 2025 11:07

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində baş tutmuş "Turan Tovuz" "Səbail" qarşılaşmasında (1:1) maraqlı anlar yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Turan-Tovuz"un qapıçısı Sergey Samok "Səbail" ilə matçın 44-cü və 90+3-cü dəqiqələrində sarı vərəqə alıb.

Lakin baş hakim Tural Qurbanov Samoka qırmızı vərəqə göstərməyib və qolkiper matçın sonuna qədər meydanda qalıb.

xxx

"CBC Sport" "Turan Tovuz" "Səbail" qarşılaşmasında qapıçının ikinci sarı vərəqəsi məsələsinə aydınlıq gətirib:

Bildirilib ki, görüşünün 45-ci dəqiqəsində sarı vərəqə qapıçı Sergey Samoka deyil, "Səbail"in üzvü Süleyman Alluşa göstərilib:

"Texniki xəta səbəbindən sarı vərəqənin efirimizdə "Turan-Tovuz"un qapıçısı Sergey Samoka göstərildiyi qeyd edilib. Nəticədə ikinci hissədə Sergey Samok sarı vərəqə alarkən bu da tamaşaçılar və azarkeşlərin haqlı çaşqınlığına səbəb olub.

Texniki səhv nəticəsində yaranan anlaşmazlığa görə futbol ictimaiyyəti və azarkeşlərdən üzr istəyirik".

Milli.Az