ABŞ-də neft zavodunda PARTLAYIŞ - yaralananlar var

2 Fevral 2025 10:01

Kaliforniyanın Martines şəhərində neft emalı zavodunda yanğın baş verib, azı üç nəfər xəsarət alıb.

Milli.Az bildirir ki, bu barədə "The Mercury News" məlumat yayıb.

Qəzetə görə, hadisə "Shell Avenue"da olub. Jurnalistlər partlayış və genişmiqyaslı yanğına karbohidrogenlərin sızmasının səbəb olduğunu öyrəniblər. Müxbirlərin bildirdiyinə görə, özünütəcrid əmri yanğın başladıqdan üç saat sonra verilib.

Müəssisənin üç işçisi yüngül xəsarət alıb, neft emalı zavodunun bütün işçiləri təxliyə edilib. /Report

Milli.Az