"Qarabağ" bu gün meydana çıxacaq

2 Fevral 2025 10:20

"Qarabağ" Misli Premyer Liqasının XXI turunda bu gün "Zirə" ilə qarşılaşacaq.

Milli.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmadan sonra tura yekun vurulacaq.

Matç saat 19:00-da start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 50 xalla turnir cədvəlinə başçılıq edir. 36 xalı olan "Zirə" üçüncüdür.

Misli Premyer Liqası

III dövrə, XXI tur

2 fevral

19:00. "Zirə" - "Qarabağ"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev

VAR: Rauf Cabbarov

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Səbail"ə 1:1, "Sumqayıt" isə "Araz-Naxçıvan"la 0:0 hesabı ilə bərabərə qalıb.

Milli.Az