8 aylıq körpənin üzərinə qaynar su dağıldı - vəziyyəti ağırdır

2 Fevral 2025 09:55

Şamaxıda bədbəxt hadisə baş verib.

Milli.Az bildirir ki, Şamaxının 1 saylı Çaylı kənd sakini 8 aylıq körpə Bəşirov Yusif Nurlan oğlu evdə oynayarkən peçin üzərində olan qaynar su üzərinə dağılıb.

Hadisə nəticəsində ağır bədən yanıqları alan körpənin vəziyyətlərinin ağır olması səbəbindən Bakı şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.

Milli.Az