Beş ərəb ölkəsinin xarici işlər nazirləri fələstinlilərin hər hansı bir şəraitdə öz ərazilərindən köçürülməsini rədd ediblər.
Milli.Az xəbər verir ki, bu haqda "Reuters" agentliyi məlumat yayıb.
Qahirədə keçirilən görüşdən sonra Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ xarici işlər nazirləri, həmçinin Fələstin Muxtariyyəti və Ərəb Liqasının nümayəndələri birgə bəyanatda belə bir addımın münaqişənin yayılmasına gətirib çıxaracağını və sülh perspektivlərini sarsıdacağını, habelə regionda sabitliyi təhdid edəcəyini bildiriblər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İordaniya, Misir və digər ərəb ölkələrini Qəzza zolağından qəbul etdikləri fələstinli qaçqınların sayını artırmağa çağırıb. /APA
Milli.Az