Yeni "iPhone" barədə gizli saxlanılanlar

2 Fevral 2025 08:51

Nüfuzlu insayder "billbil-kun" "Apple"dan yeni büdcəli smartfon modeli "iPhone" SE 4-ün görünüşü haqqında məlumat paylaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cihazın bu ilin aprelində buraxılması planlaşdırıldığı iddia edilir.

Məlumata görə, "iPhone" SE 4 ekranı "iPhone" 14, 13 və 13 Pro modelləri ilə eyni ölçüdə - hündürlüyü 14,67 sm və eni 7,15 sm olacaq.

Ümumilikdə, yeni cihazın dizaynı əvvəlki "Apple" smartfon modellərinə bənzəyəcək.

SE 4-ün 6,1 düymlük OLED displey, "Face ID", 48 meqapiksellik kamera və artırılmış operativ yaddaşa malik olacağı deyilir.

Milli.Az