Suriya prezidenti ilk səfərini bu ölkəyə edəcək

2 Fevral 2025 08:31

Əhməd əş-Şaraa Suriyanın keçid dövrü prezidenti kimi ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, fevralın 2-də Ər-Riyada gələcək. Səfərlə bağlı başqa təfərrüat açıqlanmır.

Qeyd edək ki, əş-Şaraa yanvarın 29-dan başlayaraq Suriya prezidenti səlahiyyətlərini icra edir.

Milli.Az