TASS-a yeni baş redaktor təyin olundu

2 Fevral 2025 08:20

Rusiyanın TASS informasiya agentliyinin baş redaktoru dəyişəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə RBC mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bu vəzifəni Svetlana Karajas icra edəcək. 

Nəşrin məlumatına görə, hazırkı baş redaktor Mixail Petrov baş direktorun müavini olacaq.

Milli.Az