Ekspertlər 2025-ci ilin ən qonaqpərvər şəhərlərini müəyyən etmək üçün 360 milyondan çox istifadəçi rəyini təhlil ediblər.
Milli.Az xəbər verir ki, İspaniya kimi bəzi məşhur turizm məkanlarında yerli sakinlər səyahətçi axınına qarşı olduqları halda, dünyanın digər yerləri əksinə, ziyarətçiləri qarşılayır və onlara unudulmaz təcrübə təqdim etməyə hazırdırlar.
Araşdırmaya görə, getdikcə daha çox insan yerli sakinlərin mehribanlığından və xidmət keyfiyyətindən asılı olan unikal və orijinal təcrübələr seçir. "Travel Review Awards" bu il xidmət, xüsusi qonaqpərvərliyi ilə seçilən 10 istiqaməti açıqlayan 13-cü buraxılışını nəşr edib.
Reytinqdə birinci yeri eyniadlı qala ilə qədim şəhərin yerləşdiyi Şri-Lankanın mənzərəli qayalı yaylası Sigiriya tutub. Bu YUNESKO-nun Ümumdünya İrsi saytına daxil olan ölkənin "mədəni üçbucağının" bir hissəsidir. Təbii gözəllik və tarixi irsin heyrətamiz birləşməsidir.
"Booking.com" qeyd edib ki, 5-ci əsrin sonlarında kral Kaşyapa tərəfindən tikilmiş qala bir vaxtlar kral iqamətgahı kimi fəaliyyət göstərib, rəngarəng freskalarla bəzədilib. Qonaqlara həmçinin öz əl işləri ilə məşhur olan yerli kəndi və vəhşi fil sürülərini müşahidə edə biləcəyiniz Minneriya Milli Parkını ziyarət etmək tövsiyə olunur.
Ən qonaqpərvər yerlərin onluğuna həmçinin aşağıdakılar daxildir:
Cazorla, İspaniya;
Urubisi, Braziliya;
Taupo, Yeni Zelandiya;
Sent-Luis Avqustin, ABŞ;
Orvieto, İtaliya;
Manizales, Kolumbiya;
Quedlinburg, Almaniya;
Koh Lanta, Tayland;
Çester, Böyük Britaniya.
Bu istiqamətlərin hər biri səyahət edənlərə təkcə möhtəşəm mənzərə deyil, həm də səfəri gələcək illər üçün yaddaqalan edəcək səmimi qarşılanma təklif edir./lent.az
Milli.Az