Türkiyədə anbarda güclü yanğın - VİDEO

1 Fevral 2025 13:07

İstanbulda təkər anbarında güclü yanğın baş verib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, hadisə yerinə çoxlu yanğınsöndürən cəlb olunub

Yanğın Havacılar küçəsində yerləşən 3 min kvadratmetr qapalı sahəyə malik təkər fabrikində naməlum səbəbdən başlayıb.

Hadisə yerinə dərhal çoxlu sayda yanğınsöndürən, polis və təcili yardım briqadaları göndərilib. Yanğınsöndürmə briqadaları alovu nəzarət altına almaq üçün intensiv müdaxilə edir.

Hazırda yanğının səbəbi və hər hansı tələfatın olub-olmaması ilə bağlı araşdırmalar davam aparılır.

Fidan
Milli.Az