"Kartla ödəniş edənlər nağd pul istifadə edənlərdən daha çox xərcləyirlər. Bu vəziyyət insanların plastik kartlarla daha çox sərbəstlik hissi yaşamasından və xərcləri anında hiss etməməsindən qaynaqlanır. Kredit kartı istifadə edənlər nəğd pul istifadə edənlərə nisbətən 25-30% daha çox xərcləyirlər. Kredit kartı alış-veriş edərkən müştərilərə təxirə salınmış ödəniş imkanı təqdim edir, bu da insanların sərfiyyatlarını daha yüksək səviyyədə etmələrinə səbəb ola bilər. Həmçinin, kartla edilən ödənişlər zamanla yığılan borc yükü ilə nəticələnə bilər ki, bu da maliyyə vəziyyətinə təsir göstərə bilər. Nağd pul istifadəsi isə daha çox nəzarət edilən və məhdudlaşdırılmış xərclərə yol açır, çünki hər alış-verişin dərhal qarşılanması lazımdır".
Milli.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, kredit kartı ilə alış-veriş etməyin insanın pul xərcləmə həvəsinə ciddi təsiri vardır.
"Bu mənim fərziyəm deyil. Bir çox tədqiqatlar bunu təsdiqləyir (Harvard Business Review: "The Psychological Costs of Convenience" və Journal of Consumer Research: "Credit Card Debt and Psychological Costs" və s.). Səbəb sadədir. Nəğd pul istifadə edərkən hər dəfə pul xərclədikdə fiziki olaraq pulun əllərindən çıxması insanlara itki hissi yaradır, bu da xərclərin azaldılmasına səbəb olur. Lakin, kredit kartı ilə alış-veriş etdikdə, bu hissiyat olmur. İnsanlar kartla ödəniş etdikdə, pulun real olaraq əllərindən çıxmadığını hiss etmədikləri üçün daha rahat xərcləyir və alış-verişə daha çox meyl edirlər".
Asya
Milli.Az