Səhnə geyimləri ilə gündəmə gələn türkiyəli müğənni Gülşen həyatının bilinməyən məqamlarından danışıb.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, bu barədə müğənni "İbrahim Səlimlə bu axşam" verilişində danışıb.
Müğənni evini özünün təmizlədiyini və köməkçisi olmadığını açıqlayıb:
"Evi özüm təmizləyirəm. Heç vaxt təmizlik üçün köməkçim olmayıb. Bu, anamdan mənə keçən xüsusiyyətdir. Onun üçün təmizlik həmişə önəmli idi, mənə də bunu çox yaxşı öyrətdi. Ona görə başqasının təmizlik işini bəyənə bilmirəm. Evi özüm silirəm, hətta ən önəmli konsertlərimin olduğu günlərdə də evi silməmiş çıxmıram. Yerdə sürünməkdən dizlərim gömgöy olub. Buna inanmaya bilərsiniz, amma doğrudan da belədir. Buyurub gəlib baxa bilərsiniz".
Sözügedən görüntüləri təqdim edirik:
Fidan
Milli.Az