Bu kişi 63 ildir yatmır - Bundan sonra başlayıb...

1 Fevral 2025 10:45

Vyetnamlı fermer Thai Nqoc son 60 ildə yuxusuzluq problemi yaşadığını bildirib.

Milli.Az xarici mediaya xəbər verir ki, o, bu vəziyyətin 1960-cı illərin əvvəllərində, keçirdiyi qızdırmadan sonra başladığını deyib.

Hazırda 80 yaşında olduğu bildirilən fermer dəfələrlə həkimlərə müraciət etsə də, heç bir müalicə nəticə verməyib və həkimlər onun vəziyyətinə izah tapa bilməyiblər.

"Başqalarının yatdığını görəndə onlara həsəd aparıram. Aylı gecələrdə adətən çölə çıxıb tarlada işləyirəm, çünki boş oturmaq mənim üçün dözülməzdir", - deyə Thai Nqoc bildirib.

Bəzi ekspertlər onun davamlı yuxusuzluğunun 1955-1975-ci illərdə davam edən Vyetnam müharibəsinin səbəb olduğu travma sonrası stress pozğunluğu ilə əlaqəli ola biləcəyini düşünürlər.

Fidan
Milli.Az