İrlandiyalı MMA (qarışıq döyüş növləri) idmançısı Konor Makqreqor sosial şəbəkədə rusiyalı Həbib Nurməhəmmədovu yenidən döyüşə çağırıb.
Milli.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Mənimlə döyüş, 100 milyon dollar qazan və bu pulları bütün kəndinə payla. Amma bunu etməyəcəksən. Niyə? Çünki sən qorxaq və tənbəlsən", - Makqreqor bildirib.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında Həbib Nurməhəmmədov Makqreqoru məğlub edib.
Milli.Az