Yevlaxda iki maşın toqquşdu - Yaralanan var

1 Fevral 2025 09:38

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonunun Qanboy Quliyev küçəsində qeydə alınıb.

Belə ki, "Nissan" və "VAZ" markalı avtomobilləri toqquşub. Hadisə nəticəsində "Nissan" aşıb. Qəza zamanı yaralanan sürücü Elnur Ələsgərov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./bakupost.az

Milli.Az