UEFA Avropa Liqası pley-off mərhələsi: püşk atıldı

31 Yanvar 2025 17:10

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Milli.Az bildirir ki, tədbirdə 1/16 finalın cütləri bəlli olub.

Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqiblərinin adına aydınlıq gəlib.

UEFA Avropa Liqası

Pley-off mərhələsi

"Tvente" (Niderland) - "Budyo Qlimt" (Norveç);

"Fənərbağça" (Türkiyə) - "Anderlext" (Belçika);

"Union" (Belçika) - "Ayaks" (Niderland);

PAOK (Yunanıstan) - FKSB (Rumıniya);

"Alkmaar" (Niderland) - "Qalatasaray" (Türkiyə);

"Midtyullann" (Danimarka) - "Real Sosyedad" (İspaniya);

"Ferentsvaroş" (Macarıstan) - "Viktoriya" (Çexiya);

"Portu" (Portuqaliya) - "Roma" (İtaliya).

Qeyd edək ki, bu raundun oyunları fevralın 13-də və 20-də keçiriləcək.

"Latsio" (İtaliya), "Atletik" (İspaniya), "Mançester Yunayted", "Tottenhem" (hər ikisi İngiltərə), "Ayntraxt" (Almaniya), "Lion" (Fransa), "Olimpiakos" (Yunanıstan) və "Reyncers" (Şotlandiya) birbaşa 1/8 finala vəsiqə qazanıb.

Milli.Az