Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atıldı - FOTO

31 Yanvar 2025 15:38

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Milli.az xəbər verir ki, tədbirdə 1/16 finalın cütləri bəlli olub.

Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqiblərinin adına aydınlıq gəlib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

"Brügge" (Belçika) - "Atalanta" (İtaliya)

"Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)

"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)

"Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya)

"Yuventus" (İtaliya) - PSV (Niderland)

"Feyenoord" (Niderland) - "Milan" (İtaliya)

"Brest" (Fransa) - PSJ (Fransa)

"Monako" (Fransa) - "Benfika" (Portuqaliya)

Qeyd edək ki, bu raundun oyunları 11-12 və 18-19 fevral baş tutacaq. "Liverpul", "Arsenal", "Aston Villa" (hamısı İngiltərə), "İnter" (İtaliya), "Barselona", "Atletiko" (hər ikisi İspaniya), "Bayer 04" (Almaniya), və "Lill" (Fransa) birbaşa 1/8 finalda çıxış edəcəklər

Milli.Az