İrəvan meriyasında əlbəyaxa dava baş verib
Milli.Az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, Ermənistanın paytaxtında İrəvan Ağsaqqallar Şurasının iclası gərgin anlar yaşanıb. Nəqliyyat tariflərinin müzakirəsi zamanı deputatlar arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.
İrəvan meri Tiqran Avinyan vəziyyəti nəzarət altına almaq üçün polis çağırmağa məcbur olub. Lakin polisin müdaxiləsi də gərginliyi azaltmağa kifayət etməyib. Nəticədə T.Avinyan dava iştirakçılarını zalı tərk etməyə çağırıb və "Ana Ermənistan" müxalifət fraksiyasının nümayəndəsi Samvel Akopyanı iclasdan uzaqlaşdırıb.
Fidan
Milli.Az