Soyuqdəymə və ya KRX virus patogeninin yaratdığı ən geniş yayılmış xəstəliklərdən biridir. Bizim böyük əksəriyyətimiz ildə ən azı bir dəfə KRX ilə qarşılaşırıq. Viruslar burun və boğazda sürətlə çoxalır (adətən bir gündən az vaxt aparır), sonra soyuqdəymə əlamətləri (boğaz ağrısı, öskürək, burun axması) görünür, bu da virusun yaxınlıqdakı insanlara daha da yayılmasına imkan verir. İmmuniteti zəif olan insanlarda soyuqdəymə təhlükəli ağırlaşmalara (otit, sinusit, pnevmoniya) səbəb ola bilər. Bu zaman immun sistemini gücləndirmək və soyuqdəyməyə qarşı təsirli profilaktik tədbirlər görülməlidir!
Hipovitaminoz (vitamin çatışmazlığı) immun sistemimizin fəaliyyətinə mane olur və virus təhlükələrinə qarşı mübarizə qabiliyyətini azaldır. Payız-qış dövründə isə bu problemə daha tez-tez rast gəlinir.
Xəstəliyin qarşısını almaq və ya sağalmanı sürətləndirmək və immun sistemini gücləndirmək üçün müxtəlif üsullar, o cümlədən vitaminlərdən istifadə olunur.
Vitaminlər immunt sistemini dəstəkləyir, viruslarla mübarizə aparmağa kömək edir və yoluxucu xəstəliklərin ağırlaşma riskini azaldır. İmmunomodulyator təsirə əlavə olaraq, əsas mikroelementlər: Cu, Zn, Mg, Se - insan hüceyrələrində virusların replikasiyasını qarşısını alır, antiviral fəaliyyət göstərir. Antioksidantlar hüceyrələri virusların yaratdığı zədələrdən qoruyur və orqanizmin xəstəlikdən sağalmasına kömək edir.
Vitamin kompleksi - immun sistemini dəstəkləmək və soyuqdəymə və virus infeksiyalarının simptomları ilə mübarizə aparmaq üçün etibarlı bir vasitədir. Vitaminlər, minerallar və antioksidantlar orqanizmin viruslara qarşı müqavimətinə kömək edir, xəstəliyin müddətini azaldır və daha sürətli sağalmanı təşviq edir.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.
Milli.Az