Növbəti köç karvanı Xocalıya çatıb - YENİLƏNİB - FOTOlar

31 Yanvar 2025 13:56

13:56

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Yanvarın 31-də növbəti köç karvanı Xocalı rayonuna çatıb.

Trend-in bölgə müxbiri xəbər verir ki, bu gün Xocalı rayonunun Ballıca kəndində 22 ailə olmaqla, 94 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.

Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

12:31

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

Trend xəbər verir k, Ballıcaya köç edənlər Azərbaycanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 22 ailə - 94 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqları işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərinə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən artıq insan yaşayır.

Milli.Az