Xanımlar ilk avtomobilini alarkən bu məsləhətlərdən qaçmalıdırlar

1 Fevral 2025 09:09
Xanımların ilk avtomobilini seçmək, vacib və bəzən çətin bir qərar ola bilər. Bu qərarda təhlükəsizlik, yanacaq sərfiyyatı, komfort, maliyyə məsələləri və idarəetmə rahatlığı ən önəmli faktorlardır. İlk avtomobil olaraq, təhlükəsiz və rahat sürüş təcrübəsi təmin edən, həmçinin büdcəyə uyğun modellər seçilməlidir.
 
Qadınların avtomobil sürməsi bir çox hallarda qarşı cins tərəfindən bəyənilmir. Ona görə də yeni sürən xanımlara adətən 2-ci əl almaqları məsləhət görülür. 

Milli.Az xəbər verir ki, ekspertlərin fikrincə, bu səhv fikirdir. Çünki 2-ci əl avtomobilin adətən problemi olur. Bu da özünü hər zaman diaqnostikada göstərmir. Ona görə də 0 km avtomobillər hər zaman üstünlük daşıyır. 

Xanımlara verilən ikinci yanlış məsləhət isə qadınlar üçün avtomobillər daha sadə olmalıdır. Avtomobilin sadə olması həmişə doğru seçim demək deyil. Hər qadın fərqli ehtiyaclara sahibdir, bəziləri texnologiya və avtomobilin gücünü daha çox qiymətləndirə bilər. Bütün avtomobillərin qadınlara uyğun olduğunu söyləmək yanlış yanaşmadır.

Balaca avtomobillər daha uyğundur fikri də səhvdir. Bəzi insanlar qadınlara yalnız kiçik və dar avtomobilləri təklif edirlər, amma bu, onların ehtiyaclarına uyğun olmaya bilər. Qadınlar geniş ailə ilə səyahət edərkən və ya müxtəlif ehtiyaclara uyğun avtomobillərə sahib olmaq istəyərkən daha böyük modelləri də seçə bilərlər.

"Avtomobilin qiyməti nə qədər yüksəkdirsə, o qədər yaxşıdır" sözünü bəzilərimiz eşitmişik artıq. Çox insan yüksək qiymətli avtomobillərin daha keyfiyyətli olduğunu düşünür. Lakin yüksək qiymət həmişə avtomobilin etibarlılığı və funksionallığı ilə əlaqəli deyil. Bəzən daha ucuz modellər eyni xüsusiyyətlərə sahib olan və daha az təmir xərcləri olan yaxşı seçim ola bilər.

Unutmayın ki, o avtomobli sürən sizsiz, nəinki kənardan sizi səhv yönləndirəcək şəxslər. Yolunuz açıq, pulunuz bol, avtomobiliniz cəriməsiz olsun, əziz xanımlar.

Aysel Əkbər
Milli.Az