Böyük Britaniya Türkiyə üçün viza müraciətini genişləndirib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, Böyük Britaniya martın 11-dən etibarən hətta nazirlərin rəsmi vəzifəsi olmadığı təqdirdə Türkiyə vətəndaşlarından viza tələb edəcək. Bu qərarla Türkiyə pasportunun nüfuzu daha da aşağı düşməkdədir.
Yeni Viza Qaydaları
İndiyədək diplomatik pasport sahibləri Böyük Britaniyaya vizasız səyahət edə bilirdilər. Lakin yeni qaydalara əsasən, martın 11-dən etibarən nazirlər, deputatlar, səfirlər və hətta prezident Böyük Britaniyaya səfər edərkən viza almalı olacaqlar. Xarici İşlər Nazirliyi bu barədə Türkiyə Böyük Millət Məclisinə məktub göndərib.
Bundan əlavə, Böyük Britaniya bütün Türkiyə vətəndaşlarından, o cümlədən diplomatik pasport sahiblərindən barmaq izi götürəcək. Bu, daha əvvəl yalnız ABŞ, Kanada və Səudiyyə Ərəbistanına aid idi.
11 mart 2025-ci ildən isə diplomatik pasport sahibləri üçün pulsuz və sadələşdirilmiş viza müraciət prosesi tətbiq ediləcək. Nazirlik bu qərarın yalnız Türkiyəyə qarşı deyil, Böyük Britaniyanın qlobal sərhəd siyasətinin bir hissəsi olduğunu vurğulayıb.
Fidan
Milli.Az