Sürücülərin nəzərinə

31 Yanvar 2025 11:20

Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolu tikiləcək.

Milli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.

Dövlət Proqramına əsasən, 2025−2030-cu illər ərzində bu istiqamətdə layihələndirmə sənədləri hazırlanacaq, avtomobil yolu tikiləcək və istismara veriləcək.

Görüləcək iş üzrə əsas icarçı orqan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir (AAYDA).

Milli.Az