Qızılın qiyməti 30 yanvar, cümə axşamı günü tarixi maksimuma yüksələrək ilk dəfə bir troy unsiyası üçün 2850 dolları keçib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, ticarət məlumatlarına əsasən, Comex birjasında aprel fyuçersləri 1,89% (56,96 dollar) bahalaşaraq 2850,46 dollar səviyyəsinə çatıb.
Bundan əvvəl Bloomberg, UBS-in proqnozuna istinadən, 2025-ci ilin sonuna qədər qızılın qiymətinin 2900 dollaradək yüksələ biləcəyini yazmışdı.
Milli.Az