11:50
Türkiyənin Azərbaycana təyin edilən yeni səfiri Birol Akgün sabah vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.
Bu barədə Milli.Az-a Türkiyə Səfirliyindən məlumat verilib.
Qeyd edək ki, artıq Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı diplomatik faəliyyətinin başa çatması ilə əlaqədar vəzifəsini yeni təyin olunan Birol Akgünə təhvil verib.
Xatırladaq ki, 11 yanvar tarixində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Birol Akgünü Azərbaycana yeni səfir təyin edib.
Ötən ilin dekabrın 14-də isə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçının diplomatik fəaliyyət müddəti başa çatıb.
20:10
2025.01.30
Türkiyənin Azərbaycana təyin etdiyi yeni fövqəladə və səlahiyyətli səfiri Birol Akgün gələn həftədən etibarən fəaliyyət başlayacaq.
Bu barədə Milli.Az-a Türkiyənin diplomatik mənbələrindən məlumat verilib.
Bildirilib ki, Birol Akgün bazar ertəsi günündən - fevralın 2-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.
Xatırladaq ki, Türkiyənin sabiq sədri Cahit Bağçı bu gün Azərbaycanı tərk edib./modern.az
Milli.Az