Mirzoyan: İrəvan buna hazırdır

31 Yanvar 2025 00:48

İrəvan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini başa çatdırmağa hazırdır.

Milli.Az xəbər verir ki, bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan İrəvanda səfərdə olan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə mətbuata birgə bəyanatında deyib.

O qeyd edib ki, bu, həm sülh müqaviləsinin imzalanması ilə kommunikasiyaların açılmasına, həm də sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə aiddir./APA

Milli.Az