Bədənimizdəki xallar xərçəngdən xəbər verə bilər

31 Yanvar 2025 08:59

Bədəndəki xallar ümumiyyətlə, zərərsizdir və çox zaman heç bir narahatlıq yaratmaz. Ancaq bu xalların vaxt keçdikcə dəyişməsi, rənginin, ölçüsünün və formasının fərqli bir hala gəlməsi, habelə qaşınma və qanama kimi əlamətlər ortaya çıxarsa, diqqətli olmaq vacibdir. Bu cür dəyişikliklər dəri xərçəngi riskinin əlaməti ola bilər.

Milli.Az xəbər verir ki, buna görə də xallarda hər hansı qeyri-adi bir dəyişiklik hiss edildikdə dərhal mütəxəssis həkimə müraciət edilməsi tövsiyə olunur.

Həkimlərin sözlərinə görə, melanoma dəri xərçənginin ən ciddi formasıdır və erkən diaqnoz həyati əhəmiyyət daşıyır. Hər il dünyada təxminən 160 min melanoma hadisəsi qeydə alınır. Bu nadir xərçəng növü vaxtında müalicə edilməsə, bütün bədənə yayıla bilər. Əgər dərinizdə hər hansı yeni böyümə və ya mövcud xalın dəyişdiyini hiss edirsinizsə, dərhal dermatoloqa müraciət etmək məsləhət görülür.

Asya
Milli.Az