"Real Madrid" kisəsinin ağzını AÇDI: daha bir türk futbolçu ALIR - FOTO

30 Yanvar 2025 10:10

İspaniya nəhəngi "Real Madrid" adga bir türkiyəli futbolçunu sıralarına qatmağa hazırlaşır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kral klubu  "Trabzonspor"un gənc qapıçısı Onuralp Çevikkana elçi düşüb.

Onun üçün 10 milyon avro ödəməyə hazır olan komanda əsas qapıçısı Kurtuanın yerinə uzunmüddətli qapıçı axtarışındadır və ilk hədəf 19 yaşlı Çevikkandır.

İspaniyanın ən məşhur qəzetlərindən "AS"-ın məlumatına görə, "Real" futbolçu üçün 10 milyon avronu gözdən çıxarıb.

Qeyd edək ki, gənc qapıçı "Trabzonspor"a 2023-cü ildə "Altınordu"dan 700.000 avro qarşılığında transfer olunub. Onun klubu ilə müqaviləsi 2028-ci ildə bitir.

O, bu mövsüm U19 Super Liqası və UEFA Gənclər Liqasındakı 4 matçda iştirak edib.

Tural 
Milli.Az