00:35
Xəbər verdiyimiz kimi dünən gecə Salyan rayonunun Seyidlər kəndində 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə nəticəsində Salyanda "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində Məmmədov Aqil Amil oğlu, İsmayılova Nərmin Güləli qızı və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq ölüb.
Qəzaya düşən avtomobildən bir uşaq sağ çıxarılıb.
Milli.Az azxeber.com-a istinadən qəza zamanı həyatını itirən xanım və övladlarının fotosunu təqdim edir:
---------
23:50
Salyanda 4 nəfərin həyatını itirdiyi dəhşətli qəzanın bəzi detalları məlum olub.
Milli.Az Baku TV-yə istinadən məlumat verir ki, avtomobildə olan Nərmin İsmayılova, onun 2 azyaşlı övladı və İsmayılovların qohumu olan sürücü Aqil Məmmədov hadisə yerində dünyasını dəyişiblər.
Elşən İsmayılov isə 3 yaşlı oğlu ilə sudan çıxa bilib.
"Elşən çox çalışıb, maşını üzüaşağı çevirməyə, ancaq alınmayıb. Maşının qapısını açıb uşağı qucağına alıb. Övladını qoyub kənara, sürücünü maşından çıxarıb. Görüb ki, artıq soyuqdur. Sonra digər oğlunu çıxarmağa çalışıb, nəfəs vermək istəyib, amma uşaq ayılmayıb. Qayıdıb övladı ilə həyat yoldaşını götürməyə, görüb ki, oturacağa yapışıb qalıblar", - E.İsmayılovun qohumu Vitali Abbasov deyib.
---------
11:01
Dünən gecə Salyan rayonunun Seyidlər kəndində 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin sürücüsü Aqil Məmmədov maşında olan 1983-cü il təvəllüdlü sərnişin Elşən İsmayılovun bibisi oğlu imiş.
Belə ki, gecə saatlarında qardaşıgildə baş tutan qonaqlıqdan çıxan Elşən İsmayılov ailə üzvləri ilə birgə Aqil Məmmədovun maşınına əyləşərək Seyidlər kəndindən qonşuluqda yerləşən və yaşadığı Dayıkənd kəndinə yola düşüb. Lakin bir neçə dəqiqə sonra onların olduğu avtomobil kəndin içindəki su kollektoruna düşüb.
Nəticədə E.İsmayılovun 1990-cı il təvəllüdlü həyat yoldaşı Nərmin İsmayılova, onun 2010-cu il təvəllüdlü övladı Rza və 2012-ci ildə doğulmuş Hüseyn, eləcə də sürücü A.Məmmədov suda boğularaq ölüblər.
Elşən İsmayılov və 2021-ci il təvəllüdlü oğlu Ziya isə sudan sağ çıxarılıb. Onlar xəstəxanaya aparılıb.
Bildirilir ki, E.İsmayılov Salyanda avtobus sürücüsü işləyir.
Onun bibisi oğlu Aqil Məmmədov isə Salyan Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışırmış.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
-------
00:24
Salyanda baş verən ağır yol qəzasında bir ailənin üç üzvü həlak olub.
"Report"un Aran bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Aqil Amil oğlu, İsmayılova Nərmin Güləli qızı və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq ölüb.
Daha bir uşaq isə avtomobildən sağ çıxarılıb.
Qeyd edək ki, A. Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib.
------
00:09
Salyan rayonunda baş verən yol qəzasında ölən şəxslərdən birinin kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, o, Salyan Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Məmmədov Aqil Amil oğludur.
Digər 3 nəfər ölən şəxsin azyaşlı olduğu bildirilir.
----------
23:45
Salyanda minik maşınının kanala aşması nəticəsində 4 nəfər ölüb.
Milli.Az-ın məlumatına görə, hadisə Salyan rayonunun Seyidlər kəndi ərazisində baş verib.
"Mercedes" markalı avtomobil digər avtomobillə toqquşaraq idarəetməni itirib və kanala aşıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.
Ölənlərdən biri Salyan rayon icra hakimiyyətinin 32 yaşlı təlimatçısı Aqil Amil oğlu Məmmədovdur.
Hazırda avtomobilin sudan çıxarılmasına FHN yerli qurumlarıı və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. /APA
Milli.Az