Oğlunun ölüm xəbərin eşidən ana vəfat etdi - Yenilənib - FOTO

30 Yanvar 2025 23:37

23:37

Lənkəranın ucqar dağ kəndi olan Günəhirdə baş verən hadisə sakinləri sarsıdıb.

Milli.Az Baku TV-yə istinadən məlumat verir ki, 53 yaşlı Seyran Cəfərlinin ölüm xəbərini eşidən 77 yaşlı anası Məhrəba xanımın səhhəti pisləşib.

O, təcili yardım briqadası gələnə kimi dünyasını dəyişib.

"Qardaşım Bakıda rəhmətə getmişdi. Bu xəbəri eşidən kimi Bakıya anamızla birlikdə getmək istəyirdik. Amma onun bu hadisədən xəbəri yox idi. Qardaşım xəstəlikdən əziyyət çəkirdi. Anam hər gün onunla danışırdı. Artıq 2 gün idi ki, əlaqə saxlaya bilməmişdi. Şübhələnirdi ki, nəsə var, biz ondan gizlədirik. Səhər Bakıya getməyə hazırlaşanda başa düşdü ki, nəsə olub. Sonra bizə dedilər ki, cənazəni kəndə gətirirlər, burada dəfn olunacaq. Bunu öyrənəndən sonra anam dəfələrlə "Mən Seyransız yaşaya bilmərəm, mən bu dərdə dözə bilmərəm" dedi. Nə qədər çalışdıq ki, özünü ələ alsın, alınmadı. Təcili yardım gələndə artıq gec idi", - deyə mərhumun qardaşı Fikrət Cəfərov bildirib.

------------
00:21 

Xəbər verdiyimiz kimi, Lənkəranda ana və oğul eyni gündə vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Seyran Cəfərli Lənkəran rayonunun A.Əliyev adına Havzava kənd tam orta məktəbinin direktoru Fikrət Cəfərovun və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Hirkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüstəm Cəfərovun qardaşıdır.

----------
22:28

Lənkəranda ana və oğul eyni gündə vəfat edib. 

Milli.Az-ın məlumatına görə, Lənkəran sakini Seyran Cəfərov Bakı şəhərində vəfat edib.

Övladının ölüm xəbərini eşidən Məhrəba Cəfərovada da bundan təsirlənərək, dünyasını dəyişib. 

Ana və oğlu bu gün Lənkəran rayonunda dəfn olunublar. ("Unikal")

Milli.Az