"Holcim" şirkətinin baş icraçı direktoru ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

10 İyul 2012 18:04
AzərTAc xəbər verir ki, "Holcim" şirkətinin baş icraçı direktoru Bernard Fontananın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüşdür.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





Foto: AzərTAc