"Kia" 121 min avtomobilini geri çağırma qərarı alıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bu qərar hava yastığı və təhlükəsizlik kəməri ilə bağlı problemlər səbəbindən avtomobil sənayesində böyük əks-səda doğurub.
Son dövrlərdə avtomobil şirkətləri arasında yayılmağa başlayan geri çağırma xəbərlərinə "Kia" da qoşulub. Kia 2017 və 2018 model illərinə aid "Niro" hibrid SUV-lərini, hava yastığı və təhlükəsizlik kəməri ön gərmə sistemlərindəki mümkün elektrik nasazlığı səbəbindən geri çağırır.
Geri çağırma ABŞ-də təxminən 121.000 avtomobili əhatə edir. Geri çağırma əməliyyatı, göstərilən model və illərə aid avtomobilləri əhatə edəcək. "Kia" təsirlənmiş avtomobil sahiblərinə məlumat verəcək və səlahiyyətli servislərdə lazım olan təmir işlərini pulsuz həyata keçirəcək. Avtomobil sahibləri, ən yaxın səlahiyyətli servislərə müraciət edərək avtomobillərini yoxlata biləcəklər. Bu problemlərin avtomobillərin toqquşma zamanı hava yastıqlarının və təhlükəsizlik kəməri ön gərmələrinin düzgün işləməməsi riskini artıra biləcəyi, bunun nəticəsində qəzada ölümcül nəticələrə səbəb ola biləcəyi qiymətləndirilir.
Avtomobil sahiblərinə, geri çağırma prosesində olub-olmadıqlarını öyrənmək üçün "Kia"nın rəsmi veb saytını ziyarət etmələri və ya müştəri xidmətləri ilə əlaqə saxlamaları tövsiyə olunur.
"Kia" avtomobil sahiblərinə geri çağırma əməliyyatı tamamlanana qədər avtomobillərini diqqətlə istifadə etmələrini və hər hansı bir xəbərdarlıq işığı və ya anormal bir vəziyyət gördükdə dərhal səlahiyyətli servislərə müraciət etmələrini tövsiyə edir.
İslam
Milli.Az