Fransa Prezidenti Emmanuel Makronun Fransua Bayrunu Baş nazir postuna təyin etməsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xəbər 13 dekabr 2024-cü ildə Yeliseydə keçirilən rəsmi mərasim zamanı elan edilib. Bu tədbirin qonaqları arasında Paris meri Ann İdalqo da olub. Bu qərar Emmanuel Makron və Ann İdalqonun uzun müddətdir gərginliklə yadda qalan münasibətlərinin bu yaxınlarda istiləşməsi ilə bağlıdır. Onlar uzun müddət düşmən olsalar da, münasibətləri dəyişib.
Məqalədə qeyd olunub ki, Makron Paris merini kabinetinə aparıb. Söhbət zamanı Paris meri Fransua Bayrunun Baş nazir təyin edilməsi ilə bağlı təəccübünü gizlətməyib. "Başqa seçimim yox idi, o, hər şeyi məhv edəcəkdi!", - deyə Makron ona etiraf edib.
Ann İdalqo prezidentin bu şərhini yaxınlarına danışıb.
"Merin yaxın ətrafına danışdığı lətifə onunla Makron arasında yaranmış "etibarlı" münasibətlərini çox gözəl izah edir", - qəzet qeyd edib.
Xatırladaq ki, ötən il sentyabrın 5-də Fransada son seçkilərdə solçuların qalib olmasına baxmayaraq Makron sağçı Mişel Barnyeni Baş nazir vəzifəsinə təyin etmişdi. Onun bu qərarı Fransada etirazlarla qarşılanmışdı. Daha sonra Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq barədə qətnamə qəbul edib. Cəmi 3 ay Baş nazir olan Barnye dekabrda istefa edərək postunu tərk edib.
Milli.Az