200 şirkət 4 günlük iş həftəsinə keçdi - bu ölkədə

29 Yanvar 2025 09:10

Böyük Britaniyada 200-dən çox şirkət işçilərin əmək haqqını azaltmadan, daimi əsaslarla dörd günlük iş rejiminə keçib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "İndependent" (The Independent) məlumat yayıb.

Sözügedən şirkətlərdə 5 minə yaxın insan çalışır. Bunlara kommersiya təşkilatları, texnologiya şirkətləri, eləcə də dizayn, mühəndislik və istehsalat, mühasibat uçotu və bank işi daxil olmaqla, müxtəlif sənaye sahələrindəki bizneslər daxildir.

Dördgünlük iş həftəsinin tərəfdarları iddia edirlər ki, beş günlük iş qrafiki köhnəlmiş bir yanaşmadır və əvvəlki iqtisadi dövrə daha uyğundur. Dördgünlük cədvəlin ardıcıllarına görə, məhsuldarlığı qorumaq və ya hətta artırmaqla həyat keyfiyyətini yaxşılaşdıra bilər.

"50 faiz daha çox asudə vaxt verən dördgünlük iş rejimi insanlara daha xoşbəxt və dolğun həyat sürmək imkanı verir. Yüzlərlə Britaniya şirkətinin təcrübəsi göstərdi ki, bu cədvəl həm işçilər, həm də işəgötürənlər üçün faydalı ola bilər", - 4 Günlük Həftə Fondunun kampaniya meneceri Co Rayl bildirib.

Milli.Az